Siyavuş Novruzovun qardaşı vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.
Universitetdən Sozcu.info-ya verilən məlumata görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1971-1976-cı illərdə BDU-nun 1973-1978-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb.
70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.
Qeyd edək ki, Məmmədəli Novruzov deputat Siyavuş Novruzovun qardaşıdır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}