Ən gənc doktorantımız mükafat aldı

Ən gənc doktorantımız mükafat aldı

 

Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində "Qafqaz Media” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə "Gənclər bir arada” adlı tədbir keçirilib. Tədbiri çıxış nitqi ilə açan "Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova gənclərin önəmi haqqında çıxış edib. Tədbirdə ilin ən fəal gəncləri iştirak ediblər. Tədbirdə Azərbaycanın doktorantura pilləsində təhsil alan ən gənc elm adamı Oğuz Məmmədli də iştirak edib. Tədbirdə Oğuz Məmmədli, "Azərbaycan Türkiyə münasibətlərinin inkişafında göstərmiş olduğu xüsusi rola görə” parlaq nümunəvi gənc diplomu ilə təltif olunub. Dəyərli Oğuz qardaşımıza redaksiyamızın adından öz təbriklərimizi bildirir, uğurlarının daha da davamlı olmasını diləyirik.
SOZCU.İNFO


Oxşar Xəbərlər

Xəbər lenti