Ənənəyə sədaqət, yeniliyə açıq

 


Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyətini ən qısa şəkildə bu cürə qiymətləndirmək olar

Dünyada yaranma tarixi yüz illərlə ölçülən tibb müəssisələri olsa da, səhiyyə ocaqlarının xidmət keyfiyyətini müəyyən edən əsas amil bu deyil. Hətta qədim tarix də heç bir səhiyyə müəssisəsinə fövqəladə üstünlük vermir. Tibb müəssisələrini irəli aparan, uğur qazandıran əsas məqam fikrimizcə ənənəyə sədaqət, yeniliyə açıq olmasıdır. Azərbaycanda bu düstur çərçivəsində tibb müəssisəsindən söz düşəndə isə ilk ağıla gələn ad Mərkəzi Neftçilər Xəstəxanasının adı olur. Bu tibb müəssisəsi neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi 1956-cı ildə yaradılıb və müstəqillik illərində sürətli inkişaf yolu keçib. Mərkəzi Neftçilər Xəstəxanasının inkişafında mərhum Fəxrəddin Cavadov xüsusi rol oynayıb. Qeyd edək ki, Fəxrəddin Cavadov 2000-2009-cu illərdə Mərkəzi Neftçilər Xəstəxanasına rəhbərlik edib və onun rəhbərliyi dövründə bu tibb müəssisəsi tam yenidən qurulub, ən yüksək standartlara uyğun olub,Azərbaycanda ilk ürək-damar cərrahiyyəsi və endoskopik cərrahiyyə şöbəsi yaradılıb. MNX-da hansı tibb işçisi danışdırsanız Fəxrəddin Cavadovu hörmət və ehtiramla xatırlayacaqlar. Bu da ənənəyə sədaqətin bir hissəsidir. Eyni zamanda qeyd etmək lazımdır ki, Mərkəzi Neftçilər Xəstəxanası rəhbər sarıdan bəxti gətirən tibb müəssəsidir. Azərbaycan səhiyyəsinin ən peşəkar rəhbər kadrlarından biri hesab olunan Leyla xanım Seyidbəylinin Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim təyin olunması da bu fikirimizin təsdiqidir. Mərkəzi Neftçilər Xəstəxanasının ənənələri qorumasında, elmin və texnologiyanın yenililklərinin tətbiqində Leyla xanımın rolu böyükdür. Ən əsası isə Leyla xanım bu tibb müəssisində insanlara isti münasibəti, diqqət və qayğı ilə yanaşılması ənənəsini qoruya bilib. Mərkəzi Neftçilər Xəstəxanasının Poliklinika Şöbəsi isə xüsusi rəğbət oyadır. Poliklinka yalnız neftçilərin deyil, peşəsindən asılı olmayaraq hər bir şəxsin sağlamlığı keşiyindədir. Poliklinikada ən müasir tibbi avadanlıqla təchiz olunduğu kimi, peşəsini dərindən bilən həkimləri ilə fərqlənir. Tibb personalın peşəkarlığı xəstəyə xəstə olduğunu unutdurmaqla yanaşı üzləşdiyi xəstəliklə mübarizədə güvən və inam da yaradır. Məsələn, həkim-terapevt Pərizad Baxşəliyeva ilk andan elə hiss aşılayır ki, həkim qarşısında  xəstə olduğunu unudursan və ən yaxın dostun, rəfiqənlə münasibətdə olduğunu güman edirsən. Əlbətdə ki, eyni sözləri həkim nevropatoloq Hikmət Qarayev və uroloq Nərminə Əfəndiyeva haqqında da demək olar. Namiq həkim isə insanda xəstəlik qorxusunu elə ilk anda, ultra-səs müayinəsi zamanı yox edir. Əlbəttə ki, Poliklinikanın rəhbərliyi isə insana xəstəliklə mübarizədə tək olmadığını o qədər incə şəkildə aşılayır ki, qorxu və narahatlıq yox olur, onun yerini isə güvən və inam alır. Görünür Mərkəzi Neftçilər Xəstəxanasını digər tibb müəssislərindən fərqləndirən əsas məqam da budur. Əlbətdə ki, biz müasir texnologiyanın və həkim peşəkarlığını inkar etmirik. Ancaq, biz həkim və xəstə olmazdan qabaq insanıq. İnsani münasibətlərin olmadığı yerdə çətin ki, texnologiya köməyə çata bilsin.

 Məlumata görə, Yaponiya səhiyyəsində xəstə məhfumu artıq işlədilmir. Bunun əvəzinə yapon həkimlər səhəttində problem olan adam ifadəsini işlədilər. Mərkəzi Neftçilər Xəstəxanasında da insan məhz özünü xəstə deyil, səhhətində problem olan və buradakı həkimlərin köməyi ilə bu problemlərin öhdəsindən gələ bilən insan kimi hiss edirsən. Buna görə isə əlbətdə ki, Mərkəzi Neftçilər Xəstəxanasının bütün kollektivinə təşəkkür etmək lazımdır. Həm də belə səhiyyə işçilərini onlar bizim sağlamlığımızı qoruduğu kimi qorumaq, müdafiə etmək lazımdır.

A.Eminov,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti