Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşdü

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.
Sozcu.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi-ticari, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun əhəmiyyətinə toxunularaq tədbirdə aparılan müzakirələrin və imzalanan sənədlərin üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.


Oxşar Xəbərlər

Xəbər lenti