16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Azərbaycan şou-biznesində müğənninin həqiqi ulduz statusunu müəyyən edən əsas meyarlardan biri də məhz “yarımsaatlıq” çıxışlara olan tələbatdır.
Sən öz ansamblınla məclislərdə yüksək qonorarla çıxış edə, mahnıların YouTube və TikTok platformalarında rekordlar qıra, gün ərzində bir telekanaldan digərinə qonaq ola bilərsən. Lakin əgər toy və korporativlərdə sənin məhz “yarımsaatlıq” iştirakın sifariş olunmursa, bu günün ən çox arzulanan ulduzları sırasında deyilsən..
“Yarım saatlıq” - sənətçinin özünəməxsus, təkrarsız repertuarının, fərqli üslubunun, səhnə obrazının və auditoriya sevgisinin ən real göstəricilərindəndir. Bu formatda tamaşaçı məhz həmin ifaçının öz hitlərini, öz enerjisini və öz səhnə təqdimatını görmək istəyir.
Bu həm də, sənətçi komandasının düzgün qurulmuş marketinq strategiyası, menecment fəaliyyəti və sənətçinin bazardakı mövqeyinin doğru idarə olunması deməkdir.
Bütöv toy aparmaq isə sənətçidən əsasən məclis repertuarı tələb edir. Bu da özlüyündə çox çətin bir seqment və məsuliyyətli peşədir. Amma, “Yarımsaatlıq” formatında diqqət məhz ifaçının öz mahnılarına və fərdi brendinə yönəlir.
"Bəs bu gün "Yarımsaatlıqlarda" ən tələbatlı kimdir?" Sualı ilə şəhərin ən tanınmış və nüfuzlu şadlıq məkanları və restoranlarına müraciət etdik. Sorğunun nəticələrinə əsasən, hazırda “yarımsaatlıq” çıxışlara ən çox tələbat olan məşhurlar bunlar imiş.
Musavat.com olaraq siyahını və "yarımsaatlıq" çıxış üçün qonorarları sizə təqdim edirik:
Aygün Kazımova - 12.000 AZNRöya - 10.000 AZNEyyub Yaqubov - 4.000 AZNTünzalə Ağayeva - 6.500 AZNFaiq Ağayev - 10.000 AZNZülfiyyə Xanbabayeva - 7.000 AZNMurad Arif - 5.000 AZNNamiq Qaraçuxurlu - 5.000 AZNManana - 5.000 AZNMiriyusif - 6.500 AZNXumar Qədimova - 7.000 AZNGünay İbrahimli - 6.000 AZNƏdalət Şükürov - 3.500 AZN
Könül
Musavat.com