16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sozcu.info xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 11:00-dan işlər başa çatanadək rayonun Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, Pirəbbə, 2-ci Qaralı və Yuxarı Qaraimanlı kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Qazın verilişi aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.