Nazirliyin sabiq əməkdaşına federasiyada vəzifə verildi - FOTO

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat baş verib. Qurumun Marketinq və Kommunikasiyalar üzrə meneceri vəzifəsinə Rəşad İbrahimov (Tuncay) təyin olunub.
Bu barədə Sozcu.info-a Rəşad İbrahimovun özü məlumat verib.
Qeyd edək ki, Rəşad İbrahimov ANS, ATV kimi telekanallarda efir rejissoru kimi çalışıb. O, “Report” İnformasiya Agentliyində, Kənd Təsərrüfatı Nazirliyində multimedia meneceri vəzifələrində çalışıb.
 
 


Xatırladaq ki, Cüdo Federasiyasında daha əvvəl bu vəzifəni Elnur Əşrəfoğlu icra edirdi. O, oktyabrın 19-da koronavirusdan dünyasını dəyişib.


Oxşar Xəbərlər

Xəbər lenti