26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
İran dronu Bəhreynin Mühərrəq vilayətində yaşayış binasını hədəf alıb.
Sozcu.info xəbər verir ki, Bəhreyn polisinin media ofisinin yaydığı rəsmi görüntülərdə bir yaşayış kompleksinin yuxarı mərtəbələrinə ciddi ziyan dəydiyi əks olunub.
İran tərəfi rəsmi bəyanat yayaraq, bazar günü səhər saatlarında həyata keçirilən bu hücumların ABŞ-nin hərbi əməliyyatlarına cavab xarakteri daşıdığını bildirib. Tehrandan verilən açıqlamaya görə, əsas hədəf ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən hərbi bazaları olub.
Baş vermiş hadisə regionda gərginliyi artırıb. Həm Bəhreyn, həm də Küveyt rəhbərliyi müstəqil dövlətlərin ərazilərinə və mülki obyektlərə edilən bu hücumları kəskin şəkildə pisləyiblər.
Musavat.com