Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Deputatdan SENSASİON ÇAĞIRIŞ: “AMEA üzvləri Ramiz Mehdiyevi istefaya göndərməlidir”
Bir sıra elm adamları, ictimai xadimlər və seçicilərim mənə tez-tez müraciət edərək AMEA-da baş verən hadisələrə münasibət bildirməyimi xahiş edirdilər, indi də edirlər. Həmin şəxslərə deyirdim ki, şəxsi məsələlər, intriqalar olan yerdə mən yoxam və onlara münasibət bildirmək mənim işim deyil, amma AMEA-da yaranmış vəziyyətə dair mövqeyimi yazaram. Aşağıda konkret, aydın və açıq mövqeyimi bildirirəm. Bəri başdan qeyd edim ki, yazının yazılmasında məqsəd AMEA prezidenti Ramiz müəllim Mehdiyevin keçmiş xidmətlərinə qətiyyən kölgə salmaq deyil, bilavasitə AMEA elminin son bir neçə ildə bərbad idarəçiliyi, düşmüş olduğu acınacaqlı vəziyyət və ondan çıxış yolları ilə bağlıdır.
Nə üçün bu yazı və ya AMEA-da real vəziyyət
Ramiz müəllim Mehdiyev 2019-cu ilin axırlarında AMEA prezidenti seçiləndən sonra akademiyada elmi mühit yox olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular, şəxsi haqq-hesabları çürütmək tutub. Bu isə elmlə məşğul olan adamları bezdirib.
Elmin təşkili və idarə edilməsində xaos yaranıb. Dünən institutlara göndərilən sərəncamdan bu gün imtina edilməsi, sabahısı gün ondan da imtina edilməsi az qala adi hala çevrilib
.
İslahat adı altında aparılan qarmaqarışıq və ziddiyyətli struktur dəyişiklikləri müasir çağırışlara cavab vermir.
Ramiz müəllim Mehdiyevin sərəncamı ilə institut direktorları hər hansı bir şəxsi işə qəbul etmək hüququndan məhrum edilib. Bununla da gənclərin elmə gəlməsinin qarşısı alınıb. Nəticədə akademiya sistemində doktorantura və dissertanturaya ayrılan yerlərin çoxu boş qalır. Ən dəhşətlisi odur ki, elmdə nəsillərin əlaqəsi və varislik yox olmaq üzrədir. Bu vəziyyətin qarşısı alınmasa, az sonra “əlvida Azərbaycan elmi” deyiləcək!
Hökm sürən acınacaqlı mühit ucbatından alimlərin bir qismi, xüsusən gənclər akademiya institutlarından çıxıb gedirlər. Həyatlarını elmə həsr edən fədakar insanlar isə gərgin psixoloji mühitdə boğulurlar.
AMEA-da əvvəllər ayrı-ayrılıqda mövcud olmuş müxtəlif elm sahələri üzrə elmi işlərin əlaqələndirmə şuralarının Ramiz müəllim Mehdiyevin sərəncamı ilə ləğv edilib bir əldə cəmləşdirilməsi nəticəsində Azərbaycan elminə ağır zərbə vurulub. Əvvəllər ayrı-ayrı şuraların iclaslarında daxil olan dissertasiya işlərinin mövzuları ciddiyyətlə müzakirə edilirdi. İndi acınacaqlı vəziyyət yaranıb. Bir-biri ilə bilavasitə əlaqəsi olmayan onlarla ixtisasdan olan dissertasiya işlərinin mövzularını bir şurada necə müzakirə etmək olar? Bu qədər ixtisasdan olan dissertasiya işləri mövzularının təkrar olub-olmadığını yoxlamaq fiziki cəhətdən mümkündürmü? Elə isə belə Əlaqələndirmə Şurasının yaradılması nəyə xidmət edir?
Ramiz müəllim Mehdiyev akademiya təsis edildikdən bəri heç bir zaman rast gəlinməyən bir addımı atmaqla Azərbaycan ictimai elminə sonuncu zərbəni vurdu. AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən iclasında institutların 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsinə institutların direktorları dəvət edilmədi. Bu addımın pandemiya şəraiti ilə heç bir bağlılığı yox idi. Çünki buna qədər çoxlu şəxsin iştirakı ilə onlarla iclaslar keçirilmişdi. Soruşulur: əgər institut nümayəndələri hesabatlarının müzakirəsinə dəvət olunmurlarsa, onda AMEA institutları nə üçün fəaliyyət göstərir? İllik hesabatları institut rəhbərlərinin iştirakı olmadan necə müzakirə etmək, problemlərini necə bilmək və aradan qaldırmaq üçün tədbirlər almaq olar? İnstitutlara belə münasibət nə ilə bağlıdır? Müasir çağırışlara cavab olaraq yaradılmış yeni institutlar nə üçün sıxışdırılır? Dünyanın böyük dövlətlərində və qonşu ölkələrdə Qafqaz regionunu öyrənən mərkəzlər, institutlar fəaliyyət göstərdiyi və yeniləri yaradıldığı bir zamanda nə üçün akademiya rəhbəri Qafqazşünaslıq İnstitutunu gözümçıxdıya salıb? Ümumiyyətlə, bu münasibət bizim milli-dövlət maraqlarımıza ziyan deyilmi?Heç kimə sirr deyil ki, bu gün AMEA elmi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi inkişafından çox geri qalır, yedəyində sürünür.
AMEA-da yaranmış mövcud vəziyyəti aradan qaldırmaq mümkündürmü və yaranmış şəraitdən çıxış yolu varmı?
Çıxış yolu nədədir?
Yaranmış vəziyyət nə qədər böhranlı və ürəkağrıdıcı olsa da, ondan çıxış yolu heç şübhəsiz, var. Cənab Prezident İlham Əliyevin başlatdığı dərin və ölkəmizin on illər bundan sonrakı inkişafına hədəflənmiş konkret nəticə verən islahatlar AMEA-da da aparılmalı, Azərbaycan elminin nüfuzu özünə qaytarılmalı, buna mane olan amillər aradan qaldırılmalıdır. İlk növbədə, bu gün AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim Mehdiyev özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə Ümumi yığıncağa toplaşmalı və Ramiz müəllim Mehdiyevi istefaya göndərməlidir. Bunu elmimizin bu günü və gələcəyi tələb edir. Mövqe aydın, konkret və birmənalı olmalıdır...
Musa Qasımlı,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor,
Qafqazşünaslıq İnstitutunun direktoru
Oxşar Xəbərlər
AMEA-da təcili müşavirə keçirilib - Kərim Şükürovun istefası qəbul olunmayıb
Ramiz Mehdiyev korrupsiyadan, hərc-mərclikdən, qanun pozuntularından danışdı
AMEA-dakı korrupsiya faktlarına görə kim məsuliyyət daşıyır? -
Ramiz Mehdiyevin istefasını qəbul etmədiyi institut rəhbərindən AÇIQLAMA
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları