Təhsil Nazirliyinin işlətdiyi fəhlələr pulunu ala bilmir - Yeyinti

 

Təhsil Nazirliyi tərəfindən tikilən məktəbdə işləyən ustalar əmək haqlarını hələ də ala bilmirlər.



O, Ağdamın Mirəşəlli kəndində nazirliyinin sifarişi ilə "BƏRPA” MMC tikinti şirkəti tərəfindən 2 mərtəbəli, 800 kv.m ölçüdə orta məktəbin tikintisində çalışdığını qeyd edib.

"Kəndimizdən 4 nəfər Ağdam rayonuna betonbərkitmə işləri görmək üçün getmişdik. 2 ay müddətə məktəbdə beton işi gördük. Gördüyümüz işin pulunu hissə-hissə verirdilər. İşi tamamlayıb təhvil verəndən sonra qalan pulumuzu ala bilmədik.

Pulumuzu ala bilmədiyimiz üçün şikayət edəndən sonra iş icraçısı Vüqar Məmişov bizə zəng vuraraq dedi ki, şikayət etsəniz də faydası yoxdur. Çünki Təhsil Nazirliyi hələ də pulu köçürməyib”, - deyə Ə.Əsgərzadə bildirib.

Fəhlənin dediyinə görə, Təhsil Nazirliyinin pulu köçürdüyünü sonradan öyrəniblər: "Amma iş icraçısı Vüqar Məmişov pulumuzu mənimsəyib. Ona görə təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik, halal 1650 manatımızın verilməsinə bizə köməklik göstərsin”.



Oxşar Xəbərlər

Xəbər lenti