Prokurorluqdan hərbçilərə zor tətbiq edilməsi ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Sozcu.info-,ya Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.


Oxşar Xəbərlər

Xəbər lenti