"Brüssel görüşündən sonra top Kremldədir" - Elman Vəliyev

"Ermənistan Azərbaycanın şərtlərinin əksəriyyətini qəbul etdi, "Dağlıq Qarabağ" ifadəsi işlədilmədi və bu ifadə aktuallığını itirmiş oldu"
"Brüssel görüşü sülh proseslərini daha da intensivləşdirdi. Yəni, iki tərəf arasında müqavilə imzalanmadı, ancaq xarici işlər nazirilərinə bu barədə göstərişlər veriləcək. Qarşı tərəf Azərbaycanın şərtlərinin əksəriyyətini qəbul etdi. "Dağlıq Qarabağ" ifadəsi işlədilmədi və bu ifadə aktuallığını itirmiş oldu".Hurriyyet.az xəbər verir ki, bunu DİA (Dövlət İdarəçilik Akademiyası) Politoloqlar klubunun sədri, siyasi ekspert Elman Vəliyev bildirib.
Siyasi ekspertin sözlərinə görə, 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatların müddəaları yerinə yetiriləcək: "Tərəflər nəqliyyat yollarının açılması, kommunikasiya sistemlərinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyasını yaxın zamanlarda həll etməyə çalışacaqlar. Görüşün uzun müddət çəkməsi normaldır. Rəhbərlərin uzlaşmadığı məqamlar da var. Bu məqamlardan biri də qondarma respublika və onun illeqal ordusudur. Azərbaycan tərəfi bu qüvvələrin çıxarılmasını tələb etsə də, İrəvan buna soyuq yanaşır".
Elman Vəliyevin fikrincə, iki tərəf arasında rəsmi sülh müqaviləsinin bağlanmasında Kremlin vasitəçiliyi də mühüm yer ala bilər: "Brüssel görüşündən sonra top Kremldədir. Moskva tərəflərlə mütləq ki, görüş keçirdəcək!"
Vazeh BƏHRAMOĞLU


Oxşar Xəbərlər

Xəbər lenti