Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər

Polşanın Katovitse şəhərində Ümumdünya şəhər Forumunun XI sesiyası işə başlayıb. BMT-nin Yaşayış Məskənləri Proqramının təşkil etdiyi bu nüfuzlu beynəlxalq konfrans şəhər və yaşayış məskənlərinin inkişafına həsr olunub.
WUF 11-in şüarı isə “Şəhərlərimizi daha da yaxşı gələcək üçün dəyişdirmək”dir. Forum tarixdə ilk dəfədir ki, Mərkəzi Avropada təşkil olunur. Forumda mövcud problemlər və imkanlar konteksində şəhərlərin pandemiya və epidemiyalara hazırlıqlı olma yolları, müharibədən sonrakı yaşayış məntəqələrinin bərpası və şəhərlərin dayanıqlı inkişaf mərhələləri müzakirə edilir.Forumda Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Prezident İlham Əliyev Ümumdünya şəhər Forumunun XI sessiyasında video formatda çıxış etmişdir. Bildiyimiz kimi 2022-ci il martın 2-də Azərbaycanın BMT üzvlüyünə daxil olmasının 30 ili tamam olmuşdur. Bu mühüm hadisəni qeyd etmək üçün Azərbaycanın mədəniyyət paytaxtında BMT qurumlarının iştirakı ilə mühüm tədbir keçirilmişdir.

Hazırda Azərbaycanın qarşısında duran vəzifə işğal dövründə dağılmış şəhərləri sıfırdan bərpa etmək dayanır. Ermənistanın işğalı dövründə 9 şəhər yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağılıb ki, əcnəbi mütəxəsislər onu “Qafqazın Xirosiması”adlandırıblar. Xarici diplomatlar, jurnalistlər azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuşlar. Hal-hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb bərpa işlərini aparır. Azad edilmiş ərazilərdə müasir şəhər salma planlaşması həyata keçirilir.
Az bir vaxtda Füzulidə hava limanı inşa olunaraq fəaliyyətə başlamışdır. Zəngilan və Laçın hava limanlarının tikintisi davamı etdirilir. Azad olunmuş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı möhtəşəm tarixi irsin qazanması üzərində qurulur.Artıq Azərbaycanda “ağıllı kənd” prinsipi əsasında Ağalıda ilk yaşayış məntəqəsi salınıb. Füzuli rayonunda ikinci “ağıllı kənd”in yaradılması artıq tamamlanma mərhələsindədir. Lakin burada söhbət “ağıllı kənd”dən deyil, ən əsas insanların yaşaması üçün rahat şəraitinin bərpası ilə bağlı təcrübələr dünya üçün nümunə ola bilər.
Çıxışının sonunda İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Ümumdünya forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır.
Gülzadə Məmmədova,

Suraxanı rayonu, 146 №-li tam orta məktəbin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}