Kamran Əliyev bu xanımı rəis müavini təyin etdi


Baş Prokurorluqda yeni təyinat olub.

Sozcu.info Report-a istinadən xəbər verir ki, Samirə Nəcəfzadə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Bu təyinat ölkədə həyata keçirilən uğurlu gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında davamıdır.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, S.Nəcəfzadə əvvəllər Baş Prokurorluqda Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifəsində çalışıb.



Oxşar Xəbərlər

Xəbər lenti