8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mətbuatın məlumatına görə, "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2198 nömrəli Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi məmurların qarşıdurmasına səbəb olub. Məsələ ondan ibarətdir ki, bir müddət əvvəl "Daşkəsən Filizsaflaşdırma” ASC-i Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib. Bu isə Azərbaycan Polad İstehsalı Kompleksinin qeyri-rəsmi sahibi "Baku Steel Company”ASC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun məğlubiyyəti hesab edilər bilərdi.
İndi isə mətbuat iddai edir ki, "Daşkəsən Filizsaflaşdırma” ASC-nin bəzi məmurlar, daha dəqiqi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin ələ keçirməyə çalışır.
İddiaya görə, Kərəm Həsənov qudası Elmar Vəliyevin maraqlarını təmin etmək üçün bütün bu oyunları həyata keçirir."Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi bu istiqamətdə ilk addım olub və indi növbədə ikinci addım, özəlləşdirmədir.
Kərəm Həsənovun həyata keçirəcəyi "hərrac”da isə kimin qalib olacağını müəyyən etmək çətin deyil. "Baku Steel Company” ASC-nin sədri Rasim Məmmədov isə zavodu əlində saxlamaq üçün qudalara qarşı dəstək almağa çalışır.
Daşkəsən rayonunun başçısı Əhəd Abıyevin mediya açıqlamasında Rasim Məmmədovun mövqeyini müdafiə edib: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.
Daşkəsən rayonunun başçısı daha sonra deyib ki, həmin zavodda Kərəm Həsənovla Elmar Vəliyevin maraqlarının olduğunu eşidib. "Amma mən, icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssidir”.
Doğrudur, icra başçısının bu açıqlaması bir neçə saatdan sonra açıqlamanı götürən saytın səhifəsindən silindi. Ancaq digər saytların səhifəsində qalmaqdadır.
Görünür Daşkəsən rayonunun başçısı Əhəd Abıyev bu açıqlamaya görə təzyiqlərə məruz qalıb və saytdan məlumatın çıxarılmasını xahiş edib. Əks halda sayt nədən bu xəbəri səhifəsindən çıxarsın ki?
Əhəd Abıyevin isə hər şəxsin sözü ilə bu addımı atmayacağı da məlumdur. Deməli təzyiq yüksək dairlərdən gəlib. Belə görünür ki, Kərəm Həsənovla Elmar Vəliyev bu məsələdə bəzi dairələrin dəstəyini ala bilib. Bütün bunlar isə neft pullarının tükənməsindən sonra məmurların arasında əmlak uğrunda yeni mübarizə başlayıb. Belə görünür ki, bu mübarizə indi-indi başlayır və zaman gecdikcə güclənəcək. Bu isə oliqarxlardan ən zəifinin və yaxud da bütün oliqarxlarla rəqabətdə olan məmurun sıradan çıxmasına səbəb olacaq. Məlumata görə, tezliklə emal müəssisələri, xüsusilə də pambıq emalı müəssisələri uğrunda yeni savaş başlayacaq. Bununla bağlı redaksiyamıza ciddi məlumatlar daxil olmaqdadır. Həmin məlumatları dəqiqləşdirməyə çalışırıq. Hələlik isə qeyd edək ki,Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olan Ağdam Pambıq Zavodu uğrunda da mübarizə başlayıb. İki yüksək çinli məmur həmin müəssisəni ələ keçirməyə çalışır. Son zamanlara kimi fəaliyyəti hiss edilməyən həmin zavod pambıqçılığın inkişafı ilə strateji əhəmiyyət kəsb etməyə başlayıb. Bundan başqa bir neçə digər emal müəssisəsi də məmurların maraqları dairəsindədir. İddiaya görə bəzi məmurlar Tərtər Konserv müəssisə də daxil olmaqla Sumqayıtda yerləşən Azərmetalinvest-lə yanaşı Beyləqan və Kürdəmirdəki broyler fabrikləri də məmurların iştahısına daxildir. Yeri gəlmişkən bu müəssisələrin yeni sahiblərinin kimliyinə oktyabr ayında keçiriləcək hərəcda aydınlıq gələ bilər. Bu hərrac isə oktyabrın 17-də keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsi ümumillikdə həmin hərracda 20-ə qədər müəssisəni satmaq niyyətindədir. Ancaq məmurların diqqətini həmin müəssisələrdən çox azı cəlb edir. Çünki, əksəriyyəti rentabelli və prespektivli deyil. "Daşkəsən Filizsaflaşdırma”ASC-nin isə rentabelli və prespektivli olmaısnı məmurlar yaxşı bilir və onun uğrunda savaşdan çəkinmirlər. Ölkədə yeni vüsət alan əmlak bölgüsü isə bəzi məmurların karyerasına son qoyacaq. Axı əmlakı başqa bir oliqarxın əlindən almağın ən asan yolu onu siyasi hakimiyyətdən kənarlaşdırmaqdır. Hakimlardan uzaqlaşdırılan oliqarxlardan heç biri isə bu günə kimi əmlakını qoruyub saxlaya bilməyib. Belə nümunə sadəcə olaraq yoxdur.
Vəfa Qafarova,
"Yeni Sözçü” qəzeti