Yüksək vəzifəyə təyin olunan İltimas Məmmədovdan SƏRT AÇIQLAMA "Bu üzdəniraqlar.."


Keçmiş Rabitə və Yüksək Texologiyalar nazirinin birinci müavini, bir neçə gün bundan əvvəl Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunan İltimas Məmmədov haqqında yazılan məlumatlara münasibət bildirib.

İ.Məmmədov Manşet.az-a açıqlamasında haqqında yazılanlarla bağlı bunları deyib.

"Bəli, mən bir az bundan əvvəl Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunmuşam. Mənim haqqımda belə yalan yazanlar və yazdıranlar üzdəniraqlardır."

"Mən heç bir istintaq orqanına dəvət olunmamışam. Prokurorluq orqanlarına dəvət olunmamışam. Bunu yazanlar məni istəməyən, mənim yeni təyinatımı qəbul etməyənlərdi. Fikir versəniz mənim yeni işimə təyinatla bağlı xəbərdən öncə yaymışdılar bu xəbərləri. Ona görə belə adamlar rəzil və biabırçı adamlardı. Mən onlara fikir vermirəm."



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}