Azərbaycanda daha bir general saxlanıldı


Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi,  general-mayor Bəkir Orucovun saxlanılıb.

Ovqat.com-a bu barədə məlumat MN-dəki etibarlı mənbələrdən daxil olub.  

Onun hansı cinayət əməli törətməsi tam məlum deyil. Mənbə saxlanılma əməliyyatının "Tərtər işi" ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verdiyini bildirir. 

Hələ ki, hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, general bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində çalışıb. O, ötən ilin sentyabr ayında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin olunmuşdu. Yəni yeni vəzifəsində “çiçəyi burnunda” kadrlardan sayılırdı. “Tərtər hadisələri”nin 2017-ci ildə baş verdiyini nəzərə alsaq, həmin vaxt Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi işləyən Bəkir Orucovun bu işdə hansı “xidmətlərinin” olduğu maraq doğurur.

General-mayor Bəkir Orucovun Tərtər hadisələrindəki roluna görə saxlanılması xəbəri öz təsdiqini taparsa, bir sıra müəmmalı suallar ortaya çıxacaq.

Anlaşılmaz olan təkcə Tərtər hadisələri zamanı Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində işləyən general-mayor Bəkir Orucovun səlahiyyətində olmayan sahəyə necə müdaxilə etməsi deyil. Həm də bu hadisədən 4 il sonra, yəni 2021-ci ilin 28 sentyabrında hansı əsasla  Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilməsidir. 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}