Səfər Mehdiyevə qarşı hansı MADDƏLƏR İRƏLİ SÜRÜLƏ BİLƏR... - İTTİHAM VAR!

qohumları olub. Bəli, 2022-ci ildən başlayaraq DGK-da bir neçə dəfə xüsusi əməliyyatlar keçirildi, generallar, vəzifəli şəxslər saxlanıldı. Və indi növbə Səfər Mehdiyevin özünə çatıb. Bütün proqnozlar onu göstərir ki, yaxın zamanda Səfər Mehdiyev həbs olunacaq. Səfər Mehdiyev bir il öncə özündən razı halda açıqlama verəndə ki, əgər DGK-da 1 FAİZ rüşvət və inhisar halı olsa, istefa verməyə hazıram. Gündəlik-Bakı olaraq o vaxt yazdıq ki, istefa vermək sənin “razmerində” olan məsələ deyil. Ümumiyyətlə, DGK-dakı rüşvət və korrupsiyanın miqyası milyonlarla ölçülürdü.
Təsəvvür edirsiniz, ölkədən çıxarılan əlvan və digər metalların kodunu dəyişməklə, yəni xammalı hazır məhsul kimi qeydə almaqla Səfər Mehdiyev milyonlar qazanıb. Amma dövlət büdcəsinə dəfələrlə artıq ziyan dəyib. Səfər Mehdiyevin Nehrəmdəki, Qusardakı, Şamaxıdakı, Mərdəkandakı, Badamdardakı villalarının, Milli Onkologiya Mərkəzinin yanında supermarketinin, mərasim zallarının, Gömrük Komitəsinin Hospitalının yanındakı diş klinikasının dəyəri ən azı yüz milyon yox ee, milyard deməkdir. Biz hələ Şahbuz rayonunda dağların arasındakı malikanədən danışmırıq. Səfər Mehdiyevin Nehrəmdəki 350 hektarlıq üzüm bağlarının məhsulu şərab üçün istifadə olunur. Səfər Mehdiyevin qardaşı Kazım Mehdiyev üzümçülük təsərrüfatını idarə edir. Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşı, digər bacısı oğlu Əli İsmayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin (rastamoşka) əməkdaşı, digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşı idi. Gömrük Komitəsinə işə qəbula, KADRO məsələsinə Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edirdi. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisi, Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirdi. Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər. Sizcə belə adamlara sərf edərmi ki, sıravi vətəndaşlar ayda bir neçə dəfə xaricdən nələrsə gətirsinlər?
Məsələn, onun Gündüz adlı bacanağı “Babək” və “Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Bəli, Səfər Mehdiyev bu boyda biznes imperiyasını DGK-dan qazandığı yüz milyonların hesabına əldə edib.
Yəqin ki, yaxın zamanda Səfər Mehdiyevin TİFAQ-ını dağıdacaqlar.
P.S. Bu gün bütün monopolislərə qarşı mübarizə aparılmalı və azad ticarət rəqabəti hökmən yaradılmalıdır. //gundelik-baku.com//



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}