Vilyam Hacıyevin arvadı 5 milyonluq əmlakı, oğlu "Land Rover"ini geri istəyir


İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev adlarına rəsmiləşdirilmiş əmlakların müsadirə olunmasından narazıdırlar.

Bununla bağlı ailə üzvləri apellyasiya şikayəti veriblər.

Şikayət ərizəsində Cülyetta Hacıyeva 5 milyon 218 min manatlıq mənzil və avtomobillərin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyib.

İşi Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti tərəfindən araşdırılır.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən sabiq icra başçısına məxsus 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub. (APA)



Oxşar Xəbərlər

Xəbər lenti