Məhkəmə Əvəz Zeynallı barəsində qərar verdi- Yenilənib


Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallının vəkili tərəfindən verilmiş vəsatətə baxıb.

Musavat.com-un məhkəmə önündəki əməkdaşları bildirirlər ki, onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Ə.Zeynallı barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

***

“Xural” TV-nin rəhbəri Əvəz Zeynallının həbsi ev dustaqlığı ilə əvəz edilə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisi Səidə Qocamanlı verib.

Bildirək ki, bir neçə dəqiqə sonra Binəqədi Rayon Məhkəməsində tanınmış jurnalist Əvəz Zeynallının məhkəmə prosesi keçiriləcək. Prosesdə jurnalistin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq. Vəsatət  hakim Vüsal Tağıyevin icraatındadır.  

Əməkdaşlarımız hazırda məhkəmə binasının önündədir. Məhkəmə binası önündə jurnalistlər, partiya rəhbərləri də var. 

Əlavə məlumat verəcəyik. 

Qeyd edək ki, sentyabrın 11-də "Xural TV"-nin rəhbəri Əvəz Zeynallı və onun vəkili Elçin Sadıqov Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunaraq, barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdi. Bakı Apelyasiya Apellyasiya Məhkəməsi sentyabrın 17-də vəkil Elçin Sadıqov barədə həvs qətimkan tədbirini dəyişdirib və onu ev dustaqlığına buraxıb. 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}