18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə nüvə təhlükəsi də aktualdır. Dünya fəlakətin astanasında ikən müasir dövrün Nostradamusu adlandırılan braziliyalı 36 yaşlı Ethos Salomedən daha bir qorxuducu proqnoz gəlib.
Sozcu.info Sfera.az-a istinadən xəbər verir ki, dünyanı xilas etmək üçün Tanrıdan gələn vergi ilə seçildiyini iddia edən Ethos Salome bu günə qədər COVİD-19, Kraliça II.Elizabetin ölümü və Elon Maskın Tvitteri alması kimi hadisələrin proqnozlarını vermişdi.
Minas Gerais əyalətinin Divinopolis şəhərində yaşayan Salome III Dünya müharibəsinin başlamasına az qaldığını bildirib.
Salome belə açıqlama verib:
"Üçüncü Dünya müharibəsi COVİD-19-un dünyada pandemiyaya çevrilməsi ilə başladı. Bu, Rusiyanın Ukraynaya təcavüzü ilə davam etdi və texnologiyanın böyük inkişafı ilə reallığa çevrildi".
2012-ci ildə 2020-ci ildə başlayacaq COVİD-19 pandemiyasını və 44 gün əvvəl Rusiyanın Ukraynanı işğal edəcəyini proqnozlaşdırdığını iddia edən Ethos Salome insan gücünün robotlarla əvəzlənəcəyi ilə bağlı proqnozunun İlon Maskın insanabənzər robotu Optimus ilə gerçəkləşəcəyini düşünür.