Ermənilər ötən ay işgəncə ilə öldürdükləri 6 azərbaycanlının nəşini təhvil verdilər

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.
Sozcu.info  APA-ya istinadla xəbər verir ki, bunu Baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə sualı cavablandırarkən deyib.
O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir: “Öldürülənlər həm də təcili yardımın sürücüsü və digər tibb işçisi olub”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}