Mövqelərimiz yenə atəşə tutuldu


Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, oktyabrın 21-i saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.



Oxşar Xəbərlər

Xəbər lenti