"Siyasi partiyalar haqqında" qanun layihəsi dəyişdirilir - Partiyalar Milli Məclisdə


Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilir. Dinləmələrdə Milli Məclis üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, həmçinin parlamentdənkənar siyasi partiyaların sədrləri və ya rəhbərliyə daxil olan şəxslər iştirak edir.

Sozcu.info xəbər verir ki, dinləmələrdən öncə Milli Məclisn sədri Sahibə Qafarpva ictimai müzakirələrin keçirildiyi zala baş çəkib, o, görülən hazırlıq işləri ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, qanun layihəsi paerlamentdə təmsil olunan siyasi partiyaların müraciətindən sonra MM sədri S.Qafarovanın tapşırığı əsasında hazırlanıb və müzakirələrə təqdim olunub.

Parlament sədrinin müavini Fəzail İbrahimli deyib ki, Azərbaycanda keçirilən islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq genişlənib və siyasi partiyalarla dialoq başlayıb.

O bildirib ki, bu gün Azərbaycan dünya arenasında söz sahiblərindən birinə çevrilib.

“Bütün bunlar “Siyasi partiyalar haqqında” qanuna yeni baxışın ortaya qoyulmasına da gətirib çıxarır. Çünki Azərbaycanın qanunvericilik sistemi bütövlükdə və sistemli şəkildə dəyişdirilir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müasir çağırışlara uyğunlaşdırılır”, - deyə o əlavə edib.

Fəzail İbrahimli qeyd edib ki, yeni qanun layihəsi Venesiya Komissiyasının tövsiyələrinə söykənir.

“Bundan başqa, biz Ekspert Komissiyası yaratdıq və onlar qanun layihəsinin hazırlanmasında böyük rol oynadı. Siyasi partiyalardan gələn təkliflərin də əhəmiyyəti oldu. Biz 47 partiyadan 250 təklif aldıq”, - deyə Fəzail İbrahimli söyləyib. 

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}