"Gələn il büdcə sektoru üzrə maaş artımına 674,6 mln. manat vəsait nəzərdə tutulur" - RÖVŞƏN AĞAYEV


Amma büdcənin hazırkı mürəkkəb və qeyri-müəyyən təsnifatı təhsil sahəsi üzrə hansı istiqamətlər üzrə artımın olduğunu görməyə imkan vermir"

"Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, 2023-cü ildə büdcə sektoru üzrə maaş artımına 674,6 mln. manat vəsait nəzərdə tutulur. Büdcənin ümumi maaş fondu 8.479 mlrd. manat proqnozlaşdırılır". Sozcu.info xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

İqtisadçı ekspert qeyd edib ki, maaş fondunun dövlət idarəetməsi bölməsi üzrə 98,2 mln. manat, təhsil bölməsi üzrə 477 mln. manat, səhiyyə bölməsi üzrə 37,3 mln. manat artımı görünür: "Amma büdcənin hazırkı mürəkkəb və qeyri-müəyyən təsnifatı təhsil sahəsi üzrə hansı istiqamətlər üzrə artımın olduğunu görməyə imkan vermir. Çünki nə məktəbəqədər, nə orta, nə də ali təhsil köməkçi bölməsində əmək haqqı xərclərində ciddi artım rəqəmləri əks olunmayıb".


Hurriyyet.az




Oxşar Xəbərlər

Xəbər lenti