Vətən Müharibəsində DİN 66 şəhid verib


Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçib".

Sozcu.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanının müavini general-mayor İnqilab Muradov Zəfər Gününün ikinci ildönümünə həsr olunan mərasimdə deyib.

O bildirib ki, Daxili Qoşunların şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak edib.

"Torpaqların azad olunması zamanı 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Minlərlə əməkdaş isə orden və medallarla təltif olunub",-deyə general vurğulayıb.

bizim.media




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}