İstanbul terrorunda "bazar sirri": 1 həftə öncə... - ŞOK DETALLAR

Türkiyə illərdir terrorla mübarizə aparır. Öncə PKK/PYD ilə bağlı fəaliyyət, sonra isə Suriyada İŞİD-lə aparılan mübarizə".

Bunu Musavat.com-a istefada olan general Yücel Karauz deyib. 

General terror aktının törədilmə zamanına diqqət çəkib

"Terror aktı kritik bir vaxtda törədilib. Çünki qarşıda G20 zirvəsi var. Prezident Rəcəb Tayyib Ərdoğan zirvəyə qatılmaq üçün Baliyə gedir. Eyni zamanda İranın bölgədə gərginliyi artırmaq istiqamətində addımları da diqqət çəkir. İranın Cənubi Qafqazı qarışdırmaq fəaliyyəti ilə bağlı Türkiyənin bəlli mövqeyi var. Dolayısı ilə bu terror aktını İŞİD və PKK/PYD törətmiş ola bilər. Hər iki terror təşkilatı böyük "canlı bomba" təcrübəsinə malikdir. Son zamanlar Türkiyədə İŞİD-lə bağlı çox sayda əməliyyatlar keçirilib. Onların rəhbərləri ələ keçirilib. Proses noyabr ayında da davam edib. 1 həftə öncə 8 ilçədə 15-ə yaxın terrorçu zərərsizləşdirilib. Terror aktı buna cavab ola bilər. PKK/PYD-yə qarşı İraqda aparılan "Pəncə-Kilid" əməliyyatına və Türkiyənin Suriyada apardığı əməliyyatlara da qarşılıq ola bilər. Bu terror aktı Türkiyənin müstəqil siyasətinə qarşı bir cavabdır. Digər səbəb Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatındakı rolu ilə əlaqəli ola bilər.

Digər tərəfdən, cənab Rəcəb Tayyib Ərdoğan dünən terrorla əlaqəli fəaliyyətlərin ABŞ və Avropa Birliyi tərəfindən təşkil edildiyini və maliyyələşdirildiyini, eyni zamanda qorunduğunu bildirdi.

Burada terror təşkilatının adının xüsusi əhəmiyyəti yoxdur. Çünki onları idarə edən qüvvələr var və onlar bir-birindən xəbərsiz istədikləri zaman istədikləri işləri görürlər. İstanbuldakı terror aktı Türkiyəyə siyasi, iqtisadi, sosial və psixoloji baxımdan təzyiq göstərmək məqsədi daşıyır. Partlayışı qadın terrorçunun reallaşdırdığı gündəmdədir. Bazar günü olması, Taksim meydanının dolu olması, terrorun G20 zirvəsi öncə törədilməsi Türkiyənin dünyada taxıl dəhlizi daxil olmaqla, Rusiya-Ukrayna danışıqlarında aktiv rol almasını istəməyən güclərə ağır gəlir. Onlar kukla terror təşkilatlarını istifadə edərək Türkiyəyə cavab verməyə çalışırlar. Terror aktının törədildiyi İstiqlal küçəsi turistlərin böyük maraq göstərdiyi yerdir. Türkiyəyə və İstanbula gələn bütün turistlərin baş çəkdiyi yerdə terror aktı törətmək Türkiyəyə iqtisadi zərbə vurmaq, turizmə bir mesaj kimi dəyərləndirilə bilər".




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}