Murdar ət satışına dur deyən yoxdur: Baş baytar icra başçısına güc göstərir

Murdar ət satışına  dur deyən yoxdur: Baş baytar icra başçısına güc göstərir

 


 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanovun təzyiqləri nəticəsində Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi Nazir Cəfərov vəzifəsindən getdikdən sonra bu idarəyə nəzarət uğurunda əsl savaş gedir. Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən Azər  Süleymanov Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi kürsüsünə yerli icra hakimiyyətinin namizədini deyil, özünün kadrını, əvvəllər bu idarədə müavin işləmiş Habil Süleymanovu əyləşdirməyi bacarıb. Halbuki, Ağcabədi RayonİcraHakimiyyətinin başçısı Şahin Məmmədov bu vəzifədə başqa şəxsi görmək istəyib. Hətta bunun üçün həmin şəxsə İcra Hakimiyyətinin təqdimat da verib. Ancaq Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən Azər  Süleymanov Ağcabədi Rayon İcra Hakimiyyətinin təqdimat verdiyi şəxsi Bayratlıq İdarəsinə rəis təyin etməyib və yuxarıd qeyd etdiyimiz kimi özünün kadını, Habil İsmayılovu rəis əvəzi olaraq təyin edib. Beləliklə, Azər Süleymnaov Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icraçısı olduğu kimi Habil İsmayılov da Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı olub.

Kiçik bir rayonun, Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsindən 12.06.2014-cı il tarixdə  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə gətirilən Azər Süleymanov 07.09.2015-ci ildən isə bu qurumun rəis vəzifəsini müvəqqəti icra icra edir. Azər Süleymanov ölkənin baş baytarı olduqdan sonra bu sahədə heç bir irəliləyişə nail olunmayıb. Əksinə, mütəxəssislər bu sahədə vəziyətin daha da pisləşdiyinə diqqət çəkirlər. Bunu hüquq-mühafizə orqanları tərəfindən mütamadi olaraq tonlarla ölmüş heyvan cəmdəklərinin, xəstə mal və at ətinin paytaxta gətirilərkən saxlanması haqqında yayılan məlumatlar da təsdiq edir. Adətən belə ətlər kolbasa sexlərinə və dönərxanalara verilir.

Leş alverçiləri ət satışını aşkar deyil, gizli yollarla həyata keçirirlər. Bu cür ətlər əsasən, rayonlardan gətirilir. Ət "alverçiləri” rayonlara gedərək ölmüş, qoca, xəstə heyvanları kəsib, paytaxt ərazisində dönərxanalara, kafelərə, kolbasa sexlərinə satırlar. Belə ətlərin qiyməti isə təxminən 4-5 manat civarında olur. Bir neçə ay əvvəl qiymətlər bir qədər aşağı olub. Çünki həmin zaman leş alverçiləri ölü heyvanların ətini kəndlidən 1 manatdan alırdı. İndi leş əti də qalxıb. Mütəxəssislər bunu iki səbəblə izah edirlər. Birinci səbəb kimi sağlam heyvan ətinin qiymətinin bahalaşması göstərilir. İkinci, səbəb kimi Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra etməyə başladan sonra Xidmətinin yerli idarələrinin rəhbər şəxslərinin ət kəsiminə verdikləri arayışların qiymətini artırması göstərilir.

Qeyd edək ki, hər bir rayonda leş alveri ilə məşğurl olan şəxslər var və müdrik xalqımız belələrinin adının əvvəlinə  "leş” ayaması da əlavə edib. Heyvandarlığın inkişaf etdiyi rayonlarda isə bir deyil, bir neçə leş alverçisi fəaliyyət göstərir. Ağcabədi rayonunda heyvandarlıq çox geniş inkişaf etdiyindən bu rayonda bir neçə leş alverçisi fəaliyyət göstərir. Ümumiyyətlə, paytaxta gətirilən leş ətində Ağcabədi rayonundan gətirilən leş ətinin payı xüsusi çəkiyə malikdir. Bu leş ətlərini isə 330 km-lik yolu paytaxta kimi gətirib çıxarmaq üçün onu sağlam ət kimi sənədləşdirmək lazım gəlir. Bu isə Baytarlıq İdarəsinin razılığı və iştirakı olmadan qeyri-mümkündür. Buna görə də leş alverçiləri üçün Baytarlıq İdarəsinə kimin rəhbərlik etməsi xüsusi önəm daşıyır. Hətta onlar bu vəzifəyə öz adamlarını da təyin etdirmək istəyirlər. Ağcabədi Rayon İcra Hakimiyyətinin narahatlığı da məhz bununla bağlıdır. Ancaq Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Ağcabədi Rayon İcra Hakimiyyətinin narahatlıqlarını nəzərə almayaraq Habil Süleymanovu rəis vəzisfəinin müvəqqəti icra edicisi təyin edib. İki ildən artıqdır ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən şəxs olaraq qalan Azər Süleymanov belə görünür ki, bu sahədə kimin söz sahibi olduğunu nümayiş etdirmək qərarına gəlib. Bu faktiki olaraq baş baytarın icra başçısına güc nümayişidir. 2005-ci ilin dekabrından Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olan Şahin Məmmədov ən nüfuzlu icra başçılarından biri hesab olunur. Onun Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov qarşıısnda məğlubiyyətlə barışıb-barışmayacağı Ağcabədi rayonunda maraqla izlənilir.

Mövzunun aktuallığını nəzərə alıb biz də diqqətdə saxlamağa çalışacağıq. Yazıda adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti