Bu gün, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.
Virtualaz.org "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, Bakı-Böyük Kəsik mənzilində surətin artırılması ilə əlaqədar olaraq, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli Bakıdan və Tbilisidən 15.02.2018-ci il tarixdən etibarən dəyişdirilir.
Belə ki, qatar Bakıdan saat 21:50-də yola düşməklə Tbilisiyə saat 10:30-da (10:50 əvəzinə) çatacaq. Tbilisidən saat 20:35-də (19:45 əvəzinə) yola düşəcək və Bakıya saat 09:00-da çatacaq.
"Azərbaycan Dəmir Yolları” QSC-dən həmçinin bildirilib ki, Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
""Azərbaycan Dəmir Yolları” QSC İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədi ilə Bakıdan 15 fevral, Köçərlidən isə 16 fevral tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır”, - deyə məlumatda qeyd olunub.