"Qırmızı Körpü" gömrük postunda son vəziyyət necədir?


Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda hazırda 800 avtomobil gözləyir.

Sozcu.info xəbər verir ki, bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Biləsuvar" gömrük postunda 70, "Mazımqara" gömrük postunda 68, "Samur" gömrük postunda 35, "Xanoba" gömrük postunda 5 yük maşını var. "Astara" gömrük postunda isə maşın yoxdur.

"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub.



Oxşar Xəbərlər

Xəbər lenti