Vətən müharibəsi qazisi Türkiyədə öldü - FOTO


Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

Sozcu.info xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}