Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Sozcu.info xəbər verir ki, Gürcüstanı çalxalayan, ölkədə günlərlə etiraz və dəstək nümayişlərinin keçirilməsi ilə gündəmdə qalan "Xarici təsirin şəffaflığı" adlı qanun layihəsinin növbəti oxunuşundan əvvəl parlamentdə hakim partiya ilə müxalifəti təmsil edən deputatlar arasında əlbəyaxa dava baş verib.
Qeyd edək ki, "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsi illik maliyyələşdirilməsinin 20 faizi xaricdən daxil olan qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasını nəzərdə tutur. Layihədə heç bir məhdudiyyət nəzərdə tutulmasa da, müxalifət hesab edir ki, belə bir qanun Gürcüstanın Avropa İttifaqı yolu ilə irəliləməsinə əngəl olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti