8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2024-cü il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2024") adlı yeni hesabatını açıqlayıb.
Sozcu.info bildirir ki, Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 13 pillə geriləyib.
Ötən il 180 ölkə arasında 151-ci sırada yer alan Azərbaycan bu il 164-cü sırada qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:
0-40 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("tünd qırımızı");
40-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" ("tünd narıncı");
55-70 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" (“açıq narıncı");
70-85 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı");
85-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("yaşıl") olaraq qiymətləndirilir.
Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2024-cü ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2023-cü il hesabatında 34,77 bal toplayan Azərbaycanın bu il 27,99 bal toplayıb.
Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız Belarus (167-ci yer), Türkmənistan (175-ci yer) və İranda (176-cı yer) daha pis olub.
Keçmiş SSRİ və region ölkələrinin mətbuat azadlığı sahəsindəki mövqeyi son 2 ildə aşağıdakı kimi olub:
Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, Danimarka, İsveç, Niderland və Finlandiyaya məxsus olub.
Ən pis vəziyyət isə Eriteriya, Suriya, Əfqanıstan, Şimali Koreya və İranda qeydə alınıb.
yeniavaz.com