26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.
Bu barədə Sozcu.info-ya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.
"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - deyə MN-dən bildirilib.
***
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun Qozlu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili minik avtomobilli ilə toqquşub.
Qəzada 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.
Yol qəzasında xəsarət alanların hərbçi olduqları bildirilir.//APA