8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən 1 mərtəbəli fərdi yaşayış evinin Reyesterdə qeydiyyata alınma tarixini səhv yazıb.
Sozcu.info xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyəti vətəndaşa Abşeron rayonun Digah qəsəbəsi ərazisində 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verib.
Bu gün – 14.05.2024-cü il tarixi olduğu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti barədə məlumatların Reyesterə daxil edilmə tarixini 19.05.2024-cü il olaraq qeyd edib.
Xatırladaq ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
yeniavaz.com