8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda bir qrup deputatın rəsmi elektron poçt ünvanına şantaj xarakterli mesajlar göndərilib.
Sozcu.info xəbər verir ki, gununsesi.info-nun məlumatına görə, özünü Bred Hawk kimi təqdim edən şəxs [email protected] ünvanından bir qrup deputatın elektron ünvanına yazdığı mesajda onların intim görüntülərinin əlində olduğunu və 10 min ABŞ dolları verməyəcəkləri təqdirdə bu görüntülərin xarici teleqram kanallarında yayılacağını yazıb.
Bu mesaj deputatlardan Sahib Əliyevə, Azər Badamova, Kamran Bayramova, Məzahir Əfəndiyevə, Emin Hacıyevə , Malik Həsənova və Vüqar İsgəndərova göndərilib.
Bildirilir ki, araşdırmalar zamanı bu mesajın arxasında kibercinayət niyyəti ortaya çıxıb.
Belə ki, mesajda məqsəd deputatları təəccübə salmaq və “erotik videolarının əks olunduğu” linki onlara göndərdikdən sonra mobil bank tətbiqlərini ələ keçirməkdir.
Deputatlardan kimlərin bu tələyə düşüb-düşməməsi bəlli deyil.