22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
"Naxçıvan Universiteti"ndə təqaüdlərimiz ikinci aydır ki, verilmir".
Sozcu.info xəbər verir ki, bununla bağlı oxu.az-a sözügedən universitetin tələbələrindən müraciət daxil olub.
Məsələ ilə bağlı "Naxçıvan Universiteti"nin rektoru Anar Kazımova sorğu ünvanladıq.
Universitetin rektoru oxu.az-ın sorğusuna cavab olaraq, məlumatı təkzib edib.
"Bu şikayətin heç bir əsası yoxdur. Biz aprel ayının ödənişini etmişik, may ayının da sifarişini vermişik, bu gün və ya sabah o da veriləcək. İndiyə kimi bizim universitetdə təqaüdlərin gecikməsi ilə bağlı hər hansı yubanma olmayıb. Əgər hansısa tələbənin belə bir problemi varsa, şəxsən mənə müraciət etsin, məsələnin nə olduğunu araşdıraq", - deyə rektor bildirib.