26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına 1 iyun 2024-cü il tarixdən "Jurnalist EVİ” MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır.
Buna səbəb kimi, yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib.
Mövzu ilə bağlı yenisabah.az-a danışan binanın komendantı Orxan Mehdiyev bildirib ki, binada yaşayan bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərlə tələb olunan borcları ödəmir:
"Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayanıdırlması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə standart, eyni insanlardır”.