“Ukrayna artıq Rusiyadakı hərbi obyektləri vura bilər” - Stoltenberq

NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna artıq Qərb silahları ilə Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək imkanına malikdir, çünki bəzi ölkələr heç vaxt Kiyevə bunu qadağan etməyiblər.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə o, İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində qeyd edib.
“Bəzi müttəfiqlər heç vaxt qanadlı raketlərlə bağlı məhdudiyyətlər tətbiq etməyiblər, ona görə də, bu, artıq mümkün bir şeydir”, - Stoltenberq bildirib.
NATO baş katibi BMT Nizamnaməsində özünümüdafiə hüququnun təsbit olunduğunu da qeyd edib.
“Kiyevin özünü müdafiə etmək hüququ var və bizim də Rusiyadakı qanuni hərbi hədəflərə hücumlar da daxil olmaqla, bu hüququ həyata keçirməsinə kömək etmək hüququmuz var”, - deyə NATO baş katibi ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrell ittifaqın müdafiə nazirlərinin görüşünün yekunu olaraq bildirmişdi ki, hələlik yalnız bir və ya iki ölkə Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün onlar tərəfindən göndərilən silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazırdır. Həmin iclasda NATO-nun baş katibi Yens Stoltenberq isə qeyd etmişdi ki, alyans dövlətləri Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri götürüb-götürməmək barədə fərdi qərar qəbul edirlər.



Oxşar Xəbərlər

Xəbər lenti