Hüseyn Abdullayev aclığa başlayıb - VƏKİLİ DANIŞDI


Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev etiraz əlaməti olaraq aclığa başlayıb.

Hurriyyet.az xəbər verir ki, yaxınlarının gununsesi.info-ya verdiyi məlumata görə Bakı Hərbi Məhkəməsinin 1 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş altı illik azadlıqdan məhrum etmə cəzasının bitməsinə iki ay qalmış barəsində yenidən ittiham elan olunaraq həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayev bu gündən aclığa başlayıb.

Buna səbəb onun barəsində aparılan növbəti cinayət təqibi və davam edən qanunsuzluqlara etirazının bu qaydada bildirməsidir.

Hüseyn Abdullayevin vəkili Cavad Cavadov Gununsesi.info -ya bu məlumatı təsdiq edib.

O bildirib ki, Hüseyn Abdullayev aclıq aksiyasına başlamasına səbəb, həmçinin onun barəsində Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarla işçi qrupunun 48/2020 saylı rəyi təsdiq olunmuş, Türkiyə və Azərbaycan Respublikalarına qarşı qərarının icra olunmamasına etiraz bildirməsidir.

Belə ki, həmin qərara əsasən onun BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq siyasi sığınacaq pasportu olmasına və təqib olunduğu ölkəyə verilməsi qadağan olunduğu halda heç bir deportasiya, ekstradisiya qərarı olmadığı halda faktiki olaraq oğurlanaraq 21 aprel 20218-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, onun burada məhkum edilməsi qanunsuz hesab edilib, onun azadlığa buraxılması tələb olunubdur.

Vəkil bildirib ki, Hüseyn Abdullayevin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının müdriyyəti məlumatlandırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti