8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Milli Məclisin 2024-cü il 14 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə dair deputat Siyavuş Novruzov münasibət bildirib. O qeyd edib ki, tibbi müayinədən keçməyin vaxt da müəyyən olunmalıdır.
"Tibbi müayinədən keçməyin vaxtı da müəyyən olunmalıdır, bu toydan qabaq olunmalıdır", deyə deputat bildirib. Dini nikahlarla bağlı isə deputat qeyd edib ki, bu saat onun nə zamanıdır, nə yeridir.
“Dünyanın hər yerində krallar evlənəndə birinci kilsəyə gedir, uşaq doğulanda birinci onu kilsəyə aparırlar. Biz naşı mollaların əleyhinəyik, amma dini nikah Allahın razılığıdır, birinci Allahdan razılıq alınmalıdır, sonra dövlətin razılığı alınmalıdır. Bizsə bu dini qaydadan birinci imtina etdik, deyə Siyavuş Novruzov vurğulayıb.