Qohumlarının tövləsinə belə işıq çəkdirən Nazim Hüseynov qazi evlərini işıqsız qoyub


Ağdaş rayon işıq idarəsinin müdiri – özbaşınalıqları ilə rayonda ad çıxaran Nazim Hüseynovla bağlı narazılıq kəskin şəkildə artmaqdadır. Uzun müddətdir ki, öz səlahiyyəindən şəxsi maraqlarını təmin etmək üçün sui-istifadə edən Nazim Hüseynov, öz uzaq qohumlarının ucqar kəndlərdəki tövlələrini belə işıqla təmin etdiyi halda, qazi ailələrinin işıqla təminatına laqeyd yanaşır, onları aylarla sürən süründürməçiliyə məruz qoyur. Məqsəd insanları bezdirərək onları qanunsuz ödənişlərə məcbur etməkdir.

Nazim Hüseynovun “zəhməti” sayəsində artıq rayonda istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərinin hamısında sayğacların quraşdırılması, habelə istismar müddətini başa vuran sayğacların yeniləri ilə əvəzlənməsi prosesi pulla həyata keçirilir. Vətəndaşlardan pul yığımı qanunsuz olduğu üçün, bu proses sənədləşdirilmir. Vətəndaşlardan yığılan pullar Nazim Hüseynov və onun yaxın çevrəsinin cibinə axır.

Nazim Hüseynovun əsas gəlir mənbələrindən birini isə qeyri-yaşayış obyektlərinə işıq çəkilişi üçün texniki şərtin verilməsi tutur. Bunun üçün sahibkarlardan külli miqdarda pul alan Nazim Hüseynov, pul ödənişindən imtina edən sahibkarlara süni əngəllər yaradır, onların obyektinin işıqla təminatına imkan vermir.

Nazim Hüseynov öz qanunsuz əməlləri ilə baş idarənin də adını ləkələyir, bütün bu ödənişlərin ona deyil, “yuxarılara” çatdığını bildirir.

Bütün bunların nəticəsidir ki, rayonun işıq idarəsinin müdiri çoxlu sayda daşınmaz əmlaka malikdir. Buna nümunə olaraq Nazim Hüseynovun yaxın qohumlarının adına sənədləşdirdiyi “Ləki” marketi, xırda və orta ölçülü çoxsaylı ictimai iaşə müəssisəsini,  sahəsi yüz hektarlarla olan otlaq sahələrini göstərmək olar.

Bir sözlə, görünən odur ki, Nazim Hüseynov sadəcə Ağdaş bölgəsində deyil, bütün ölkə miqysında nəhəng əmlak oliqarxına çevrilib. Ümid edirik ki, əlaqədar qurumlar Nazim Hüseynovun qanunsuz yolla əldə etdiyi milyonlarla bağlı araşdırmalar apararaq onu məsuliyyəət cəlb edəcək, dövlətdən oğurlanan pulların dövlət büdcəsinə qaytarılması təmin olunacaq.

M.MƏMMƏDLİ



Oxşar Xəbərlər

Xəbər lenti