Beyləqanın yeni icra başçısı şəhid məzarlarını ziyarət etdi -FOTO


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid məzarlarını ziyarət edib.

Sozcu.info xəbər verir ki, bu gün xalqımız torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır.

Ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında beyləqanlıların da xüsusi çəkisi və rolu olmuşdur. Vətən Müharibəsində Beyləqan rayonunda 2300-ə yaxın vətəndaş iştirak etmişdir. Qəhrəmanlar yurdu adlanan rayonumuz Vətən Müharibəsi zamanı və sonrakı döyüş əməliyyatlarında  147 şəhid vermiş, bununla da ən çox şəhid verən rayonlar sırasına yüksəldi.
Bu gün rayondakı fəaliyyətinin ilk günündə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan döyüşlərdə həlak olan Beyləqan şəhərində dəfn olunmuş şəhidlərin məzarlarını və Cərciz Peyğəmbər ziyarətgahını ziyarət edib.
Ziyarət zamanı şəhidlərimizin ruhlarına dualar edilib, əziz xatirələri ehtiramla anılıb.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}