8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tramp sui-qəsdi qlobalçılarla "dərin Amerikanın" ABŞ-ın, həm də dünyanın gələcəyi uğrunda mübarizəsinin açıq səhnəsi kimi görünür.
Sozcu.info xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi haqda bildirib.
"Təşkilatçının hansı olduğunu demək çətindir, çünki hər iki tərəfin maraqları var:
- qlobalçılar (demokratlar) Trampın qaçılmaz dönüşünün qarşısını almaq istəyir;
- "öncə Amerika" tərəfdarları "uğursuz sui-qəsd cəhdi" ilə Trampın önünü açırlar.
Nəticə demokratların əleyhinədir. Bu sui-qəsd cəhdi seçki marafonunda Trampın "əlini gücləndirəcək". Bu baxımdan, sui-qəsd səhnəsində ikincilərin – "dərin Amerika" adlandıra biləcəyimiz tərəfin maraqları daha qabarıq görünür", - o vurğulayıb.
Qeyd edək ki, 13 iyulda Pensilvaniyada Trampa bir neçə atəş açılıb. Siyasətçi yüngül xəsarətlə xilas ola bilib.
Axar.az