Həsən İsmayılovun maliyyə naziri təyin olunması çoxlarını təəccübləndirib… - "500 MİLYONLUQ YEYİNTİDƏ İTTİHAM OLUNAN…”


Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasına (MR) yeni maliyyə naziri təyin edilib.

Belə ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli sərəncama əsasən, Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin olunu. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.

Maraqlıdır ki, Həsən İsmayılovun Naxçıvana maliyyə naziri təyin olunması Muxtar Respublikada birmənalı qarşılanmayıb. Daha dəqiq desək, Naxçıvanda baş nazir Səbuhi Məmmədovun sadiq kadrı kimi tanınan, üstəlik 500 milyon manat yeyintidə ittiham olunaraq barəsində cinayət işi açılan keçmiş maliyyə naziri Rəfail Əliyevin müavini olan H.İsmayılovun birdən-birə bu posta gətirilməsi çoxlarını təəccübləndirib.

Ən önəmlisi isə odur ki, Vasif Talıbovun rəhbərliyi dönəmində Muxtar Respublikada adı rüşvət almaqda hallanan, çoxsaylı qanunsuzluqda ittiham olunan məmurların yenidən yüksək vəzifələrə gətirilməsi insanların inamını sarsıdıb.

“Hürriyyət”ə müraciət edən Naxçıvan sakinləri yeni maliyyə naziri ilə yanaşı, keçmiş İqtisadiyyat naziri Tapdıq Əliyevin İqtisadiyyat nazirinin muavini, sosial təminat naziri Nicat Babayevin nazir müavini, Torpaq Komitəsinin rəhbəri Müslüm Cabbarzadənin nazir muavini vəzifəsinə təyin olunmalarına heç bir anlam verə bilmir, bu səbəbdən düşünürlər ki, Naxçıvanda “toplananların yeri dəyişsə də, cəm dəyişmir”.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti