Bu deputat Əli Həsənova görə “vurulur” - Görün, nə edib


Hakim Yeni Azərbaycan Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. 37 qadına etimad göstərən, 70-dən çox yeni namizədlə mübarizəyə qoşulan iqtidar partiyası təkcə adını siyahıya yazdığı deyil, həm də adını siyahıdan sildiyi şəxslərə görə müzakirələrin episentrində dayanır. 

Sozcu.info xəbər verir ki, YAP-ın bu dəfə deputat görmək istəmədiyi məşhurların siyahıısnda Azərbaycan Həmkarlar Konfiderasiyasının sədri Səttar Möhbalıyev də var. Uzun illərdən bəri Naxçıvandan deputat seçilən Möhbalıyevin bu dəfə qapı arxasında qalacağı bildirilir. Düzdür, o, bitərəf olsa da, YAP bu dəfə Möhbalıyevin yolunu kəsməkdə israrlı görünür. 

“Yeni Sabah” veteran YAP-çının “vurulmasının” səbəbini öyrənə bilib. YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri saytımıza açıqlamasında Möhbalıyevin Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovla qohumluq əlaqələrinə görə kənarda qaldığını bildirib. Onun sözlərinə görə, Əli Həsənov biabırçı şəkildə hakim komandadan uzaqlaşdırılandan sonra ən yaxın adamları ondan üz döndərdi. Hətta vaxtilə çətiri altında olmuş bəzi şəxslər Həsənovun ünvanına tənqidi fikirlər səsləndirdilər. Səttar Möhbalıyev isə heç vaxt “xor”a qoşulmadı, əksinə, hakimiyyət dəhlizlərində Əli Həsənovu açıq şəkildə müdafiə etdi. Bu davranışlar onun mövcud siyasi kursa sədaqətinə qarşı şübhələr yaratdı. Nəticədə YAP Səttar Möhbalıyevin parlamentə gedən yolunu bağlamağa qərar verdi. 

Məlumatlı şəxs Səttar Möhbalıyevin tezliklə vəzifəsini itirə biləcəyini də istisna etməyib. 



Oxşar Xəbərlər

Xəbər lenti