8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Aşağıda göstərilən şəkillərdən göründüyü kimi Abşeron rayonu ərazisində ağaclar yerindədi, amma ağaclar artıq kənar müdaxilə nəticəsində qurudulub və yaşıllığını itirib. Bu ağaclar ötən aylara qədər yaşıl və sağlam idi, artıq ağacların məhv edilməsi və yerində obyektlərin tikintisi üçün hərəkətə keçilib.
Yenixeber.org: Redaksiyamıza verilən məlumata görə, rayon üzrə yaşıllıqların vəziyyəti ilə bağlı keçirlən monitorinqlərin intensivliyi artırılıb. Monitorinqlərin nəticəsi olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.
Daha dəqiq desək bu məhv edilmiş yaşıl ağacların olduğu ərazidə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin xeyr-duası ilə bir müddətdə sonra obyekt tikintisi həyata keçirləcəyi heç də təəcüb doğurmayacaq çünki belə hallar ilk dəfə deyil . Xəbər vediyimiz kimi mətbuatda dərc olunan yazılarda Abşeron rayon ərazisində yaşıl ağaclar məqsədli şəkildə qurudulur və sonra kəsilərək yerində obyekt tikilir.
Belə hadislərlə bağlı, fotofaktlarla mütəmadi xəbər hazırlayıb dərc olunsada Abdin Fərzəliyev yaşıllığa qarşı soyqırım “fəaliyyətini” davam etdirir. Görünən odur ki, Abşeron Rayon İcra Hakimiyyıtinin başçısı Abdin Fərzəliyevin də ölkəmizdə keçiriləcək COP 29 tədbirinə töhvəsi elə bu imiş.
Abşeron rayonu ərazisində sağlam yaşıl ağaclar qurudularaq kəsiləcəyi və həmin ərazidə obyektlərin tikintisi həyata keçirəcəyi gözlənilən ərazilərin fotolarını təqdim edirik:(xalq.az)