“Azərbaycan hakimiyyəti seçkiləri 2 ay sonraya təyin etməlidir” - QUBAD İBADOĞLU

 

“Azərbaycan hakimiyyəti seçkiləri 2 ay sonraya təyin etməlidir” - QUBAD İBADOĞLU

 

 

"Venesuelada növbədənkənar seçkilərin vaxtı dəyişdirildi”

"Hazırda neftlə zəngin olan Venesuelada Azərbaycanla oxşar siyasi proseslər getsə də, fərqli yanaşmalar müşahidə olunur. Belə ki, dünya bazarında neftin qiymətlərinin ucuzlaşmasından sonra ciddi iqtisadi çətinliklərlə (iki rəqəmli işsizlik və üçrəqəmli inflyasiya ilə) üzləşən Venesuelada uzun müddət davam edən sosial etirazlar səngiməmiş prezident Nicolas Maduro dekabrda nəzərdə tutulan seçkiləri qabağa çəkərək aprelin 22-ə təyin etmişdi. Hətta o yenidən 6 il müddətinə seçilmək üçün namizəd kimi qeydiyyata düşməsinə baxmayaraq, bu gün Milli Seçki Şurası seçkilərin mayın ikinci yarısına təxirə salınmasına dair qərar qəbul edib. Növbədənkənar seçkilərin vaxtının dəyişməsi iqtidarla müxalifətin kiçik qrupu arasında razılaşma əsasında baş verib”.

Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu bildirib.

"Venesuelada növbədənkənar prezident seçkiləri elan olunandan sonra Demokratik Birlik Koalisiyasında təmsil olunan əsas müxalifət partiyaları boykot qərarı verib. Bununla yanaşı, Argentina, Braziliya, Çili, Kolombiya, Meksika və Peru beynəlxalq tənqidlərə məruz qalan növbədənkənar prezident seçkilərini qəbul etmədiyini və bəziləri isə hətta nəticələri tanımayacağını bildirib. ABŞ isə seçkilər saxtalaşdırılacağı təqdirdə Venesuelaya qarşı sanksiyaları gücləndirtəcəyini bəyan edib”, - deyə ADP sədri əlavə edib.

"Siyasi məhbuslar azadlığa buraxmaqla cəmiyyətdə həmrəyliyə nail olmaq mümkündür”

Q. İbadoğlu hesab edir ki, Azərbaycan hakimiyyət dairələri də tənqidlərə rəğmən aprelin 11-də nəzərdə tutulan növbədənkənar seçkiləri təxirə salmalı və boykota çağırış edən qüvvələrin iştirakını təmin etmək üçün yeni seçkiləri elan olunan vaxtdan ən azı 2 ay sonraya təyin etməlidir: "Bu hazırkı şəraitdə bütün siyasi qüvvələrin marağına uyğun olmaqla yanaşı, ilk növbədə də hakimiyyətin qarşılaşdığı iradların aradan qaldırılması üçün ən əlverişli həll variantı ola bilər. Bununla həm də növbəti prezidentlik müddət ərzində gözlənilən qarşılıqlı siyasi ittihamlara son qoymaq olar. Bu müddət ərzində siyasi məhbuslar da azadlığa buraxmaqla cəmiyyətdə həmrəyliyə nail olmaq mümkündür”.

Cavid, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti