Oğuz rayonunda antinarkomaniya mövzusunda tədbir keçrilib – FOTO


“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 02 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Oğuz rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbirlərini davam etdirib. Tədbir Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzində keçrilib.

Hurriyyet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Ceyhun Səmədzadə ilk olaraq qonaqları salamlayıb. O, qeyd edib ki, bu kimi tədbirlər çox önəmlidir: “Yaxşı olar ki, bu tədbirlər məktəblilərin dərs zamanına təsadüf etsin. Ona görə ki, bu sahədə yeniyetmələrin maariflənməsinə çox ehtiyac var”.

Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalar, cinayət hallarının çoxalması, xəstə uşaqların doğulması, baxımsız uşaqların çoxalması, avtoqəzaların artması və s. haqda geniş məruzə ilə çıxış edib.

Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Aqşin Abbasov narkomaniya sahəsində rayonda keçirdikləri tədbirlərin mütamadi təşkil olunduğunu qeyd edib. Eyni zamanda bildirib ki, son bir neçə ildə QHT sektorundan heç bir təşkilat rayona gəlib, tədbir keçirməyib. Buna görə, rayon rəhbərliyi adından “Sağlam Yaşa” GMİB-nin rəhbərliyinə təşəkkür edib.

Rayon Ağsaqqallar Şurasının sədr müavini Emin Cəfərov, rayon Gənclər və İdman İdarəsinin sektor müdiri Şaiq Rüstəmov mövzu ətrafında iştirakçılara öz fikirlərini çatdırıblar.

Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatıb.

Hurriyyet.az

 



Oxşar Xəbərlər

Xəbər lenti