Gürcüstan yarım ilə 2 milyard dollar qazanır... biz sərhədləri BAĞLI TUTURUQ... - Bu rəsmən TƏCRİDDİR!

Quru sərhədlərinin hələ də qapalı qalması ölkə əhalisinə ciddi psixoloji basqı yaratmaqla yanaşı, maddi qazanc imkanlarını da məhdudlaşdırır. Bu hal həmçinin iqtisadiyyata ciddi ziyan vurur.

Sozcu.info xəbər verir ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, quru sərhədləri açıq olan qonşu dövlətlər ilin 6 ayı ərzində turist axınından qazanclı çıxıb:

“Bu ilin ilk 6 ayında Gürcüstan 3,1 mln. nəfərə yaxın turist cəlb edib, səfər edən turistlərin 62%-i Gürcüstana quru sərhədlərlə gəlib. Türkiyə ilə quru sərhəddən 583 min (Sarp), Rusiya ilə quru sərhəddən 423 min (Kazbek), Ermənistan ilə quru sərhəddən 342 min (Sadaxlı) nəfər turist gəlib.

Gürcüstanın bu ilin ilk yarısında turizm gəlirləri 2 mlrd. dollara yaxın olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqaisədə 5,2% çoxdur.

Yəni, qonşu ölkənin quru sərhədlərinin açıq olması Gürcüstana açıq-aşkar üstünlük gətirir, pul qazandırır, yeni iş yerlərinin yaranmasına dəstək olur. Bizdə isə quru sərhədləri bağlı olması böyük potensialı olan turizm sektorunun inkişafına mane olur. Qapalı sərhədlər ölkə əhalisinə ciddi psixoloji basqı yaratmaqla yanaşı, maddi qazanc imkanlarını da məhdudlaşdırır, iqtisadiyyata ziyan vurur. İstənilən bahənə ilə quru sərhədləri bağlı saxlamaq ölkəmizin imicini də zədələyir, bu məsələnin həlli zamanı çoxdan çatıb”.



***

Bu ilin birinci yarısında Gürcüstanda beynəlxalq turizmdən əldə olunan gəlirin həcmi rekorda - 1,9 milyard dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Gürcüstan Milli Bankının məlumatına görə, turizm gəlirləri aşağıdakı nisbətlərə görə bölünür: Rusiya - 380 milyon dollar, Türkiyə - 287 milyon dollar, AB və Böyük Britaniya - 246,3 milyon dollar, İsrail - 175,4 milyon dollar, Azərbaycan - 78,5 milyon dollar, Ukrayna - 69 milyon dollar, İran - 64,2 milyon dollar, Ermənistan - 64,1 milyon dollar, Belarus - 39 milyon dollar, Səudiyyə Ərəbistanı - 32,6 milyon dollar, digər ölkələr - 462 milyon dollar.

Bu ilin birinci yarısında Gürcüstana 3 milyon turist səfər edib. Ən çox səfər Türkiyə, Rusiya və Ermənistandan olub.



Oxşar Xəbərlər

Xəbər lenti